"Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın "varlanmaq" planlarını açıqlayırsa, qoy bunu təmin etsin".
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vesti" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
"Ermənistan liderinin açıqlamalarına şərh verə bilmərəm. Əgər o, ölkənin varlanacağını düşünürsə, qoy bunu təmin etsin", - deyə Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl bildirib ki, Rusiya Ermənistanı İrəvanın Avropa İttifaqına qoşulacağı təqdirdə qaz, neft məhsulları və almaz tədarükü müqavilələrinin ləğvi ilə bağlı xəbərdar edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya zamanı bildirib ki, Rusiya ilə münasibətlərin pisləşməsi halında xammalın yüksək qiymətlərindən qorxmur, çünki respublika varlanmağı planlaşdırır: "Məsələn, Ermənistanı yüksək qiymətlərlə təhdid etmək məntiqsizdir, çünki yüksək qiymətlər təhlükəsinin bir cavabı var: bizim daha çox pulumuz olacaq, o qədər çox ki, bizə baha görünməyəcək. Bu gün Ermənistan “Sülh Yollarının Kəsişməsinə” çevrilir. Bu, o deməkdir ki, Ermənistan minlərlə və milyonlarla deyil, milyardlarla və trilyonlarla ölkəyə çevriləcək”.