İrəvanın keçmiş prokuroru, vəkil Raffi Aslanyan Baş nazir Nikol Paşinyanın məlumat sızması ilə bağlı açıqlamalarını tənqid edib.
Sherg.az-ın məlumatına görə, Aslanyan bildirib ki, məlumatın mütləq hüquq-mühafizə orqanlarından sızdığını söyləmək düzgün deyil. Onun sözlərinə görə, sızma məhkəmə sistemindən, istintaq orqanlarından və ya Milli Təhlükəsizlik Xidmətindən baş verə bilər.
Vəkil hesab edir ki, bu məsələdə əsas mənbə elə Paşinyanın öz açıqlamalarıdır. O, baş nazirin parlamentdə Robert Köçəryanın oğlu Levon Köçəryanla mübahisəsindən bir gün sonra Köçəryanların evində axtarış aparıldığını xatırladıb.
Aslanyan həmçinin Paşinyanın özünü qanundan üstün tutduğunu iddia edib.
Qeyd edək ki, Robert Köçəryan və oğlu Sedrak Köçəryan qanunsuz əmlak əldə etmək ittihamı ilə iki ay müddətinə həbs ediliblər.