Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda iki ölkə arasında ikinci körpünün tikintisini, yükdaşımaların asanlaşdırılmasını və elektrik enerjisi ötürücü xəttinin inşasının sürətləndirilməsini müzakirə ediblər.
Sherg.az xəbər verir ki, tərəflər həmçinin regional kommunikasiyaların açılması və bağlantı layihələrinin yaratdığı imkanlardan danışıblar.
İran “Sülh kəsişməsi” layihəsinə dəstəyini təsdiqləyib. Mirzoyan isə TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər və onun region ölkələri üçün yaratdığı imkanlar barədə məlumat verib.
Görüşdə Ermənistan-İran münasibətlərinin strateji xarakteri, informasiya sahəsində əməkdaşlıq və regiondakı vəziyyət də müzakirə olunub.