Paşinyan: Ermənistanın iqtisadi inkişafı yeni mərhələdədir

Beynəlxalq nüfuzlu "Fitch Ratings" reytinq agentliyi Ermənistanın kredit reytinqinin perspektivini müsbətə yüksəldib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşam edib.

Baş nazir vurğulayıb ki, bu dəyişiklik yalnız statistik göstərici deyil:

"Bu, Ermənistanın qəbul etdiyi iqtisadi siyasətin və institusional sabitliyin beynəlxalq bazarlarda yeni keyfiyyətli etimad qazandığının peşəkar təsdiqidir. Bu, dövlətimizin iqtisadi davamlılığına və siyasi iradəsinə yönəlmiş etimad bəyanıdır.

Ermənistanın iqtisadi inkişaf prosesi etimadın yeni mərhələsinə qədəm qoyur. Hamımızı təbrik edirəm".