
Tehran hakimiyyəti nüvə proqramından geri çəkilmək niyyətində deyil -ŞƏRH
12:23 23.07.2025
Region
354
İran nüvə silahı əldə etmək niyyətində deyil.
Bunu İran Prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz nüvə silahına malik olmaq imkanını tamamilə rədd edirik, bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir”, – Pezeşkian qeyd edib.
O vurğulayıb ki, İran beynəlxalq hüquq çərçivəsində gələcəkdə öz ərazisində uranı zənginləşdirməyə davam edəcək.
Politoloq Sədrəddin Soltan Sherg.az-a deyib ki, İran tərəfi 12 günlük müharibə zamanı bu ölkənin nüvə proqramının hərbi mahiyyətli olmadığının təsdiqlənndiyini bəyan edib:

"Tehran bununla bildirmək istəyir ki, əgər onlar nüvə silahı, yaxud kütləvi qırğın silahlarına malik olsaydılar, bundan İsrailə və müttəfiqlərinə qarşı istifadə edərdilər. Yəni qeyd edirlər ki, Ayətullah Seyid Əli Xameneinin fətvası ilə ölkədə nüvə silahı və kütləvi qırğın silahı hazırlanmır.
İran rəsmiləri vurğulayır ki, nüvə proqramı onların milli qürur mənbəyidir, elmi nailiyyətidir və onlar uranın zənginləşdirilməsindən imtina etməyəcəklər. Həmçinin qeyd olunur ki, on iki günlük müharibədən sonra uranın zənginləşdirilməsi istiqamətində heç bir addım atılmayıb. Bununla yanaşı, İran rəsmiləri bəyan edir ki, ABŞ-ın iyunun 22-də endirdiyi hava zərbələri nəticəsində nüvə obyektləri ciddi zərər görüb. Bu baxımdan İran nüvə proqramını inkişaf etdirməsini və nüvə enerjisindən sülh məqsədilə istifadə etməsini problem olaraq görmür".
Analitik əlavə edib ki, İran hakimiyyətinə nüvə sazişi ilə bağlı, yəni nüvə proqramından imtina etmək öhdəliyini qəbul etməsi üçün avqustun sonuna qədər möhlət verilib:
"Bu barədə Avropa üçlüyü — Böyük Britaniya, Almaniya və Fransa bəyanat verib. Bu müddət ərzində İran rəsmiləri ilə Avropa üçlüyünün nümayəndələri arasında görüşlər keçiriləcək. İyulun 25-dən 28-nə qədər İstanbulda belə bir görüşün keçirilməsi planlaşdırılır. İran hakimiyyəti bu görüşə qatılmamışdan əvvəl Rusiya və Çin kimi tərəfdaşları ilə həm nüvə sazişi məsələsini, həm də perspektivdə İrana qarşı ehtimal olunan hücumların qarşısını almaq yollarını müzakirə ediblər. İyulun 22-si Tehranda belə bir görüş baş tutub və növbəti müzakirələrin keçirilməsi barədə razılıq əldə olunub.
Ola bilər ki, bu yeni görüş İstanbulda keçiriləcək tədbirdən sonra baş tutsun. Hələlik Tehran hakimiyyəti nüvə proqramından geri çəkilmək niyyətində deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə