İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı bəyanat yayıb.
"Amerika ordusu İranın üç neft tankerini hədəfə alacağı ilə hədələyib", - bəyanatda bildirilib.
Qeyd olunub ki, İran gəmilərinə qarşı hər hansı hücum baş verərsə, ABŞ cavab atəşi ilə üzləşəcək:
"İran İslam Respublikasının Silahlı Qüvvələri Amerikanın bölgədəki bazalarını və maraqlarını şiddətlə hədəfə alacaq".