Vəhşi təbiəti çəkdilər 

Və qalib oldular 

  Hər il mükafatlandırma mərasimi keçirilən “İlin vəhşi təbiət fotoqrafları (Wildlife Photographer Of The Year) müsabiqəsi bu il də maraqlı görüntülərlə yadda qalıb. Qorilla meymununun son anlarını, bir evə daxil olan qütb ayıları, bəbirin qovladığı dağ keçiləri… Bunlar professional və həvəskar fotoqrafların obyektivə aldığı təbiət mənzərələri arasında ən yaxşılardandır. 

“NTV.com.tr” ilk 20-də yer alan fotoları və müəllifləri təqdim edib. Amerikalı  fotoqraf Karine Aigner çöl arılarının cəmləşmə anını, rusiyalı Dmitri Kok bir evə daxil olmuş qütb ayılarını, boliviyalı Junji Takasago dünyanın ən böyük duz gölündəki flaminqoları, Juan Hernandez Martinez “toy quşu”nun rəqsini, Laurent Ballesta Antarktikanın fərqli yaşam mənzərələrini, Tony Vyu dəniz ulduzunun elektriklənmə anını, Brent Stirto isə Konqodakı heyvanxanada həyatla vidalaşmaq üzrə olan qorillanın son anlarını fotoaparatın obyektivinə alıb. Seçilmiş və mükafatlandırılmış fotolar arasında Amatitlan Gölünün üzləşdiyi ekoloji fəlakət, Şaqraq quşunun görüntüsü, bir ilanın yarasanı yaxalama anı, Tailandda “Bryde” balinasının fotosu, balıq qartalı, çalıquşunun dincəlməsi anları, şahinlərin göyə qalxması, dağ keçilərinin dalaşması, həmçinin bəbirin dağ keçilərini qovlaması anlarını əbədiləşdirən fotolar və onların müəllifləri var.