"Bura ailəmizi bitirən yer oldu"


Ancelina Colinin Bred Pittə  göndərdiyi mesaj ortaya çıxdı
 
  Hollivud ulduzu, dünya şöhrətli aktrisa Ancelina Colinin sabiq həyat yoldaşı, məşhur aktyor Bred Pittə yazdığı mail ortaya çıxıb. “NTV.com.tr” xəbər verir ki, A.Coli boşanma səbəbini həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalması, həmçinin övladlarına da atalarının fiziki zor tətbiq etməsiylə əlaqələndirirdi. A.Coli məhkəməyə təqdim etdiyi iddia ərizəsində şəxsi təyyarəylə səyahət zamanı B.Pittin sərxoş halda ona və uşaqlara hücum çəkdiyini qeyd etmişdi. “Tik-Tok” istifadəçisi olan bir nəfərsə A.Colinin 2021-ci ildə B.Pittə göndərdiyi mesajı ortaya çıxarıb. 

Bu barədə “Entertainment Tonight” internet səhifəsi xəbər paylaşıb və mesajın məhkəməyə təqdim olunan sənədlər arasına sübut olaraq daxil edildiyini bildirib. A.Colinin mesajında "Miraval" şərab evinin satışıyla əlaqəli ifadələr yer alıb. Coli yazıb ki, bura evləndikləri, əkiz övladlarıyla qonaq qaldıqları yerdir: “Bura qocalıq illərini keçirməyi düşündüyüm yer idi. İndi bu sətirləri göz yaşlarıyla yazıram. Burada keçirdiyimiz anları daim xatırlayacağam. Amma bura həm də ailəmizi bitirən bir yer oldu. Bilirəm ki, artıq orada arzulanmayan biriyəm. Bu mesajımı aldıqda məmnun qalacağını da bilirəm”.       

  A.Coli B.Pittin içkiyə meylliyinin ailələrini bitirdiyini də yazıb: 

“Bu hərəkətlər məni dərindən yaraladı”. Yazılan mesajdan məlum olur ki, məşhur cütlük şərab ticarətiylə məşğul olsalar da, bu işdə iflasa uğrayıblar. İş birliyində olduqları “Page Six” şirkəti də B.Pitti fransız şərab evini qanunsuz ələ keçirməyə cəhddə ittiham edərək aktyora qarşı 250 milyon dollarlıq təzminat davası açıb. Verilən xəbərlərə görə, aktyor şərabxanadan əldə edilən gəlirləri “mənasız layihələrə” sərf edib.