
Kəsilən ayağını məzardan çıxaran GENERAL!
12:19 09.12.2024
Relaks
1862
Ölkəni belə idarə etdi, sonu pis oldu
Tarix boyu liderlər təkcə qərarları və hərəkətləri ilə deyil, həm də qeyri-adi davranışları ilə diqqət çəkiblər. Bu adlardan biri də meksikalı general Antonio Lopez de Santa Annadır. Bəs necə oldu ki, həyatında dönüş nöqtəsi olan ayağını itirməsi adi müharibə yarasından siyasi manevrlərinə istiqamət verən simvolik hadisəyə çevrildi?
Sherg.az “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 1828-ci ildə Meksikanın mürəkkəb küçələrində fransız xəmir aşpazı Müsyö Remontelin kiçik dükanı gözlənilməz bir hadisənin mərkəzində olub. Meksikalı zabitlərin bir gecə bu xəmir dükanını qarət etdikləri iddia ediləndə bu vəziyyət adi bir soyğunçuluqdan kənara çıxdı. Remontel dükanına dəyən ziyana görə Meksika hökumətindən 60 min peso tələb edib. Bu, çörək sexinin faktiki dəyərindən onlarla dəfə çox idi. Lakin hökumət bu tələbi ədalətsiz və şişirdilmiş hesab edərək ödəməkdən imtina edib. Remontel Meksikada qanuni nəticə əldə edə bilməyəndə vəziyyəti Fransa kralı Lui-Philippe çatdırdı.
Fransa kralı nəinki öz vətəndaşlarından birini müdafiə etdi, hətta Meksikada fransızların kommersiya hüquqlarını qorumaq üçün bu hadisəni beynəlxalq məsələyə çevirdi. 600 min peso təzminat tələb olundu, lakin Meksika hökuməti də bu tələbi rədd etdi. Bunun üzərinə Fransa donanması Verakruz limanını mühasirəyə aldı. Diplomatik gərginlik tez bir zamanda hərbi qarşıdurmaya çevrildi və beləliklə, tarixə “Tort müharibəsi” kimi düşəcək müharibə başladı.
O zaman Meksika siyasətində mürəkkəb fiqur olan Antonio López de Santa Anna ictimaiyyətin gözündən düşmüşdü və hətta əvvəlki uğursuzluqlarına görə sürgünə göndərilmişdi. Lakin bu müharibə onun üçün yeni fürsət demək idi. Santa Anna Veracruzun müdafiəsini öz üzərinə götürərək milli qəhrəman olmağa ümid edirdi.
Döyüşün ən şiddətli anlarından birində fransız artilleriya atəşi Santa Annanı dizdən aşağını sındırdı. Ayağı amputasiya olundu və Santa Anna fiziki itkisini qəhrəmanlıq nağılına çevirmək üçün tez oldu. Bəs o, buna necə nail oldu?

Ayağı kəsildikdən illər sonra onun çürüyən ayağı eksqumasiya edilib və mərasimə hazır vəziyyətə gətirilib. Santa Anna bu mərasimin milli tədbirə çevrilməsini istəyirdi və buna nail oldu. Onun ayağı bəzədilmiş cənazə maşınına qoyularaq Mexikoya aparılıb. Bu səyahət zamanı ictimaiyyətin diqqətini cəlb etmək üçün möhtəşəm və diqqətəlayiq bir yürüş təşkil edilib.
Kəsilən ayaq Mexikoya çatanda mərasimlə onu basdırmağa başlayıblar. Bu qeyri-adi hadisədə top atışları edildi. Qəhrəmanlıq şeirləri oxundu, xalq öz liderlərinin fədakarlığına bir daha şahid oldu. Əslində, bu mərasim təkcə keçmiş itki ilə vidalaşmaq deyil, həm də ictimaiyyətin Santa Annaya milli qəhrəman kimi baxması üçün diqqətlə hazırlanmış əlamətdar siyasi manevr idi. Santa Anna bu tədbirlə özünü ölkəsi üçün istənilən qiyməti ödəməyə hazır bir lider kimi təqdim etməyi qarşısına məqsəd qoyub və uğur qazanıb. Dəfn mərasimi ilə fədakarlığını vurğulamaqla yanaşı, ictimaiyyətin rəğbətini və dəstəyini qazanmağı bacarıb.
Santa Annanın ayağı ilə vidalaşma hekayəsi möhtəşəm bir mərasimlə kulminasiya nöqtəsinə çatmış kimi görünsə də, hadisələr bitmədi. Əslində əsl dram bu hadisədən sonra başlayıb. Qısa müddətdə böyük tərif və ictimai dəstək qazanan Santa Annanın siyasi karyerasında yaşanan qarışıqlıq ictimaiyyətin ona münasibətini və yanaşmasını dəyişərək, onun dramatik tənəzzülünə yol açıb. Onun avtoritar idarəetmə tərzi və uğursuz hərbi strategiyaları zamanla ictimaiyyətin ona olan dəstəyini tamamilə itirməsinə səbəb olub.
Cəmi iki il sonra qəzəbli izdiham kütləvi etiraz aksiyası keçirərək Santa Annanın ayağına həsr olunmuş abidəni və heykəlləri sökdü. İnsanlar Santa Annaya qarşı qəzəblərini bu simvolik abidədən çıxarılan ayağı kəndirlə Mexiko küçələrində sürüyərək ifadə ediblər. Ehtiyatsız idarəetmə tərzindən və ardıcıl məğlubiyyətlərindən sonra Santa Anna “Mexico City”-ni tərk etməli olub. Santa Anna həyatının son illərini (cəmi 2 il) Mexikoda keçirdi və 1876-cı ildə, 82 yaşında tarixin tozlu səhifələrində mübahisəli şəxsiyyət kimi vəfat etdi.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur