Qərarı qətidir...
03:17 03.08.2021
Relaks
603
Milyarder kiçik bir kəndə köçür
Sridhar Vembu və qardaşları 1996-cı ildə ABŞ-ın qlobal texnologiya və kəşf paytaxtı Silikon vadisində "Zoho" şirkətini qurublar.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, 25 il sürətlə inkişaf edən bu proqram şirkəti hazırda 9500 işçiyə sahibdir. "Forbes" jurnalının hesablamalarına görə, Vembu qardaşlarının sərvəti 2,5 milyard dollardır. Ömrünün təxminən 30 ilini Kaliforniyada keçirən və şirkətini qabaqcıl proqram şirkətləri sırasına daxil etməyi bacaran Sridhar bir gün sakit, çox uzaqda yerləşən bir yerə köçmək qərarına gəlir. O, Hindistanın cənubunda hər yerdən uzaqda yerləşən kiçik bir kəndə köçür. İki mindən az əhalisi olan bu kəndin nə asfalt yolu, nə içməli suyu, nə də ki kanalizasiyası var. Elektrik bağlantısı da çox etibarlı səviyyədə deyil. Bu səbəbdən də Sridhar hər gün dizel generatorundan istifadə etmək məcburiyyətindədir. Bir sözlə, bu ərazinin Silikon vadisi ilə heç bir əlaqəsi yoxdur.
Bəs bu şərtlər altında Sridhar şirkəti necə idarə edir? Bilirik ki, ən əhəmiyyətli vasitə internet bağlantısıdır. Sridhar burda yüksək sürətli fiber optik internet bağlantısı əldə etməyi bacarıb və iş üçün ən vacib infrastrukturu yaradıb. O qeyd edib ki, uğurlu və böyük bir şirkətin müdiri olmağın bəzi üstünlükləri var: "Əslində, mənim yanıma çox böyük siyasi qərarlar verərkən gəlirlər. Şirkət kifayət qədər böyük olduğu üçün qərarların çoxu yerli səviyyədə, orada çalışan insanlar tərəfindən verilir. Məsləhətçilər isə yaxınlıqda yaşayır".
Sridhar hər şeyi yaxından izlədiyini və iştirak etdiyini söyləyir. O, kənd həyatından zövq aldığını da deyib. Bir yerə gedəndə isə avtomobildən deyil, elektrikli rikşadan və ya velosipeddən istifadə edir. Tez-tez kənd qəhvəxanasına gedir və kəndlilərlə söhbət edir. O bildirib ki, buradakı həyatdan çox zövq alır. Kənddən və ətraf kəndlərdən çox adamlar tanıyır. Hindistandakı əksər kişilər kimi o da "doti" geyinir. Kəndlilərin əksəriyyəti onun tez-tez mediaya çıxması ilə kim olduğunu bilir, amma özü məşhur olmadığını israr edir. O bildirib ki, kəndin sosial həyatı tamamilə fərqlidir: "İnsanların yaxşı dostluqlar qurmağa vaxtları var. Kimsə sizi təsadüfi olaraq evinə dəvət edə bilər. Yaxınlıqdakı qonşu kəndə gedəndə bəlkə də 10-15 nəfərlə söhbət edirəm. Sosial mediada sənayedəki son tendensiyaları yaxından izləyirəm. Burada insanlar maraqlı söhbətlər edir. Əvvəllər iş üçün tez-tez səyahət edirdim, amma indi bu cür şeylərin çoxu hər gün baş verir. Koronavirus epidemiyası başlayanda dünyanın hər yerində ofislər bağlandı və bir çox insan evdən işləməyə başladı. Hesab edirəm ki, bu prosesin sonunda bir çox şirkət epidemiya bitdikdən sonra da uzaqdan işləmək barədə düşünməlidir. Bir çox işçim pandemiyadan əvvəl uzaqdan işləməyə uyğunlaşıb və nəticədə indi daha davamlı bir iş tərzinə sahib olublar. Hindistanın bir çox fərqli kənd yerlərində 30 -a yaxın peyk ofisi yaratmışıq. Hələ ki, strukturun harada inkişaf edəcəyini tam bilmirik. Ancaq bu kənd ofislərinin yaradılmasına böyük sərmayə qoymuşuq. Buradakı işçilərin 30-u evdən daimi işləyəcək".
Sridhar bir peyk ofisində ideal işçi sayının 100 olacağını söyləyir. Sridhar Hindistan və ABŞ-da işinə başlamazdan əvvəl çox yaxşı məktəblərdə təhsil alıb. Lakin o, bu gün dünyadakı təhsil sistemlərini sərt tənqid edib və onu bəyənmədiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm
Milli Məclis və TBMM sədrləri görüşüb
17:40 24.06.2026
Gündəm
"Əks qütblərin dostluğu" əsəri Nəcibə İlkinin təqdimatında...
17:11 24.06.2026
Ədəbiyyat
Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı
16:58 24.06.2026
Gündəm
Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb
16:47 24.06.2026
Gündəm