Yaylada tək yaşayan nənə... - FOTOLAR
07:56 09.07.2021
Relaks
614
"Canım sıxılınca odun topladım. Heyvanlara yem verdim"
37 ildir ki, yaz-qış Karakısrak Yaylasında tək yaşayan və bölgədə "Nənə Robinson" kimi tanınan 87 yaşlı Fadime Kayacının həyatı sənədli filmə çəkilib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fatma Kayacının bilinməyən hekayəsi" adlı sənədli film İtaliyada təşkil edilən "NuoviMondi Film" festivalında 600 əsər arasında münsiflərin xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, yaz aylarını Tonyanın 1900 yüksəkliyində yerləşən Karakısrak Yaylasında keçirən nənə az qala bir əsrdir ki, burada yaşayır. Buna səbəb isə qardaşı oğlu 14 yaşlı Əli Haydar Kayacının qıcolmadan vəfat etməsi olub. Belə ki, bir gün yaylada ot toplayan Fadime Kayacı evinə gedərkən qardaşı oğlunun cansız bədənini görür. Dağlıq ərazidə dəfn olunan qardaşı oğlunun ölümündən çox kədərlənən Kayacı qohumlarının israrına baxmayaraq həmin tarixdən sonra öz yaşadığı kəndinə qayıtmır və illərlə burada yaşamağa başlayır. O, hətta 2011-ci ildə keçirilmiş "Ən çox bəyənilən ev xanımı" anketində qalib seçilir və yaşının çox olmasına baxmayaraq cəsarətli həyat tərzi səbəbindən "Robinson Nənə" olaraq tanınıb.
Fadime Kayacı həyatının bir sənədli filmin mövzusu olduğu üçün xoşbəxt olduğunu söyləyib:
"Yayda və qışda bu yaylada tək yaşadım. Canım sıxılınca odun topladım. Heyvanlara yem verdim. Sonra gəlib mənim həyatım haqqında sənədli filmə çəkmək istədilər. Ümid edirəm ki, film çox gözəl olub".
Filmin rejissoru Orhan Tekelioğlu açıqlamasında bildirib ki, illərdir ki, 2000 metr yüksəklikdə bir mühitdə yaşayan Kayacı yaşadığı yeri tamamilə meşə sahəsinə çevirib. O qeyd edib ki, çəkdikləri filmin xüsusi mükafata layiq görülməsi onları çox sevindirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm
Milli Məclis və TBMM sədrləri görüşüb
17:40 24.06.2026
Gündəm
"Əks qütblərin dostluğu" əsəri Nəcibə İlkinin təqdimatında...
17:11 24.06.2026
Ədəbiyyat