Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Kahraman Maraşdakı "Sütçü İman” universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl koronavirusa yoluxub.
“Sherg.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə araşdırmaçı-jurnalist Zaur Bayramlı yazıb.
Ekspert bildirib ki, alim hazırda xəstəlikdən xilas olmaq üçün müalicə olunur:
“Çox əziz və dəyərli dostum, "abi" deyə xitab etdiyim, dar günlərimdə yanımda olan prof. dr. Toğrul İsmayılın koronavirusa yoluxduğunu və Ankarada müalicə aldığını eşitdim və çox üzüldüm. İnanıram ki, bu gözəl insan tezliklə sağlığına qovuşacaq. Dualarımız səninlədir”.