Partiya sədrindən XƏBƏR VAR:“Sistemlər qoşulur...” 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, keçmiş deputat Mirmahmud Mirəlioğlu ailə üzvləri ilə birgə koronavirusa yoluxub. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
KXCP-nin sədr müavini Xəzər Teyyublu “Sherg.az”a Mirmahmud bəyin son sağlıq durumu haqda bunları söyləyib:
“Ev şəraitində müalicə olunur. Ona yüksək səviyyəli dəstək verilir. Analizlər götürülüb. Deməzdim ki, vəziyyəti ağırdır, ya da yaxşıdır. Müalicədən də bir müddət keçməlidir. Dərmanlar təsirini həmin dəqiqə göstərmir. Hazırda sistemlər qoşulur. Həm özü, həm də ailə üzvləri müalicə alır”.