Braziliyada alimlər SARS-CoV-2 koronavirusun yeni variantını tapıblar.
Bu barədə “Globo” xəbər yayıb.
Mənşəyi məlum olmayan yeni tapılan “P4” variantının adi virusdan daha yoluxucu və ya təhlükəli olmasını müəyyənləşdirmək hələ mümkün deyil.
Qeyd edilir ki, “P4” variantının Braziliyanın “P1” və “P2” və Filippinin “P3” ştammları ilə ortaq mənşəyi var.