Bu qidalar bədəndəki yağın tez "yandırır"

Bəzi qidalar bədəndəki yağın tez yanmasını təmin edir. Bu qidalar eyni zamanda maddələr mübadiləsini sürətləndirir 
"Sherg.az" "Haberturk.com"a istinadən kaloriləri tez yandıran bəzi qidaları açıqlayır.
Ananas
Ananasın bədəndəki zülal həcmini dəstəkləyir, az kilo almağa və selülitin yaranmamasına kömək edir.
Avakado
Zəngin avokado aroması aclıq hissini azaldır və arıqlamağa kömək edir. Bu baxımdan avakado gündəlik pəhrizin bir hissəsinə çevrilir.
Alma
Alma son dərəcə geniş yayılmış bir meyvədir və sağlamlığa əhəmiyyətli təsirləri ilə hər hansı bir pəhriz üçün tövsiyə olunur.
Acı bibər
Acı bibər metabolizmanı stimullaşdırır.  Maddələr mübadiləsini sürətləndirməklə yanaşı iştahı da kəsir.
Yaşıl çay
Yaşıl çayın dünyanın ən populyar içkilərindən biri olmasının səbəbi həm arıqlamada böyük köməkçi olması, həm də çox sayda fayda gətirən qida və antioksidanlarla zəngindir.
Darçın
Darçın kilo itkisinə kömək edən yağ yandırıcı xüsusiyyətlərə sahib bir ədviyyat növüdür.