Türk professor: “Delta”ya yoluxanlar arasında ölüm halları azdır, bu, çox önəmlidir"

"Qurban bayramından sonra fövqəladə bir hal baş verməsə, avqust ayının sonuna doğru günlük yoluxma və ölüm sayları lap azalacaq"

Səhiyyə  Nazirliyninin Elmi Şurasının üzvü “2 doza peyvənd olunanların sayı artdıqca yoluxma sayında azalma müşahidə ediləcək. Lakin koronavirus pandemiyası davam etdikcə, tədbiri əldən verməmək, tibbi maskaları çətir kimi hazır tutmalıyıq” dedi.

“Şher.az” “Milliyet.com”a istinadən bildirir ki, bu fikirlər Türkiyə Sağlıq Bakanlığı Bilim Kurulu üzvü, professor-doktor Mustafa Nəcmi İlhana məxsusdur.  Eyni zamanda Qazi Universiteti Tibb fakütəsinin dekanı olan M.N.İlhan bildirib ki, koronavirusa yoluxma və virusdan ölüm hallarının sayındakı azalma məhz peyvəndləmədəki irəliləyişlə bağlıdır:

“Peyvəndləmə olmasaydı, indi biz ötənilki vəziyyətin eynisini yaşayacaqdıq. Bu da statistikdada daha yüksək rəqəmlərə gətirib çıxara bilərdi. Qurban bayramından sonra fövqəladə bir hal baş verməsə, avqust ayının sonuna doğru günlük yoluxma və ölüm sayları lap azalacaq. 2 dozada peyvənd olunanların sayı artdıqca, yoluxma sayı da nəzərə çarpan dərəcədə azalacaq. Lakin koronavirus davam etdikcə, tədbirli olmağımız gərəkdir, ehtiyatı əldən verməməli və tibb maskaları çətir kimi cibimizdə hazır tutmalıyıq. Məsələn, AVM-ə getdik, insanların sıx toplaşdığı yerlərə getdik və ya metroya  mindiksə, maskaları taxmalıyıq, ordan çıxdıqdan sonar çıxarmalıyıq. Vətəndaşlar bunu bilməlidir ki, peyvənd olunsalar belə, təkrar yoluxmamaq üçün kütləvi yerlərdə tibbi maskadan istifadə şərtdir. ”. 

Professor  “Covid-19”un “Delta” və “Delta-plus” variantlarının varlığına da toxunub:

“Mən əvvəl də demişdim ki, əgər hər hansı bir bölgədə virusun yeni variantına rsat gəlinirsə, mütləq digər bölgələrdə də olacaq. Yoluxuculuq faizi yüksək olan variantlar bir müddət sonra hakim mövqe  əldə edir. Burada əsas, yeni variantın öldürücülüyünün artıb-artmamasıdır. Hazırda ”Delta” variantına yoluxmuş insanlarla yoluxmamış insanlar arasındakı ölüm faizində bir fərq yoxdur. “Delta”ya yoluxanlar arasında ölüm halları azdır. Bu, çox önəmlidir. Çünki, viruslar əsasən 2 növ mutasiyaya uğrayırlar: yoluxuculuöun artması vəya azalması, həmçinin öldürüclüyün artması və ya azalması. Hazırda öldürücülüyü artmış bir virus müzakirə mövzusu deyil. Müsbət cəhət budur ki, yeni variantın yoluxuculuq xüsusiyyəti dəyişməyib. Yoluxma yolu dəyişmədiyi kimi, ondan qorunma yolları da dəyişməyib. Peyvənd olunacağıq, kütləvi yerlərdə olmaqdan çəkinəcəyik, tibbi maskalardan istifadə edəcəyik.