Rusiyada son sutkada daha 18 856 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada daha 18 856 nəfər COVID-19-a yoluxub.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 975 174 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 799 nəfər artaraq 185 611-ə yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 6 236 738 nəfər sağalıb.