Kütləvi immunitet bu tarixdə formalaşacaq: ya yoluxmaq lazımdır, ya da…

Rusiya baş nazirinin müavini Tatyana Qolikova payızda ölkədə kütləvi immuitetin yaranacağını deyib. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. O, hər şeyin vətəndaşlardan asılı olduğunu deyib.
Qolikovanın sözlərinə görə, immunitet iki halda formalaşır- ya yoluxmaq lazımdır, ya da vaksinləşmək. Peyvəndlənənlərin və xəstələnənlərin sayı artıqca kütləvi immunitetin formalaşması daha sürətli gedəcək.