Pandemiya insanları təhdid edir:“…Sümük əriməsi”

Koronavirus pandemiyasının meydana çıxdığı ilk günlərdən etibarən risk qrubuna daxil olan 65 yaşdan yuxarı şəxslər üçün yeni təhlükə aşkarlanıb. 
Bu barədə “Sherg.az” “Haber Global”a istinadən xəbər verir.  Cərrahpaşa Tibb Universitetinin professoruu  İbrahim İkizceli sözlərinə görə, yaşlılarda sümük əriməsinə rast gəlinir. 

“Pandemiya dövründə evdə hərəkətsiz qaldıqlarına görə onlarda sümük əriməsi meydana çıxır. Ona görə də yaşlılar mütləq gündə bir saat açıq havada gəzməlidirlər”. 

Həkim, həmçinin bildirib ki, məhz buna görə xəfif yıxılma belə, bədən nahiyələrində qırılmaya, çıxmaya səbəb ola bilər.

Kənan Novruzov