Meyvə qabıqlarından antibakterial sarğı hazırlanır

Sinqapurdakı “Nanyang” Texnologiya Universitetinin (NTU) alimləri atılmış meyvə və tərəvəz qabıqlarını antibakterial gel sarğı halına gətirərək qida tullantıları ilə mübarizə aparırlar.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, gel sarğıların hazırlanması prosesi kifayət qədər maraqlıdır.
Meyvələr dilimlənir və dondurularaq qurudulur, sonra meyvələrin qabıqlarından sellüloz tozu çıxarılır və qliserolla qarışdırılır. Bu qarışıq yumşaq hidrogelə çevrilir və nəticədə sarğılar istehsal olunur. Ənənəvi sarğılarla müqayisədə, hidrogel sarğıları yaralı bölgəni daha nəmli və sərin saxlayır, beləliklə bölgənin qısa müddətdə sağalmasına kömək edir.

Yegane Bayramova