Boy uzadan yeməklər...


Valideynlər uşaqların qidalanmasına ciddi fikir verməlidir

Araşdırmalar göstərir ki, boy genetik olmaqla yanaşı istehlak olunan qidalardan, yuxu rejimindən və məşq vərdişlərindən də təsirlənir. Mütəxəssislər uşaqların boyunun böyüməsinə köməklik edən qidaların adlarını açıqlayıblar. Onlar bildiriblər ki, sağlam bir sümük quruluşunun meydana gəlməsi üçün kalsium və fosforla zəngin olan süd məhsulları mütəmadi olaraq istehlak edilməlidir. Qeyd olunub ki, uşaqlar gecə yatmazdan əvvəl bir stəkan süd içməlidir, çünki süd onların sümük inkişafına və boy artımına kömək edir.

Ancaq vurğulanıb ki, inək südünün həddindən artıq istehlakından çəkinilməlidir. Gündə uşaqların ən çox 500 ml inək südü içməsi məqsədəuyğundur. Çünki böyük miqdarda inək südünün istehlak edilməsi bədəndəki kalsium-fosfor balansını pozur və bu da nəticədə sümüyün inkişafına mənfi təsir göstərir. Həmçinin, dəmir çatışmazlığına da səbəb ola bilər. 

Mütəxəssislər hesab edir ki, boy artımında ən vacib olan faktorlardan biri də D vitaminidir və onun hər gün qəbul edilməsi labüddür. Diqqətə çatdırılıb ki, alabalıq, somon, uskumru və orkinos kimi yağlı balıqların ətləri D vitamini ilə zəngin olduğu üçün onların uşaqlara verilməsi çox faydalıdır. Həmçinin, mal əti, qaraciyər, pendir və yumurta da D vitamini ilə zəngindir. Mütəxəssislər bədənimiz D vitamininin böyük bir hissəsini günəşdən aldığı üçün uşaqların günəşin çox dik olmadığı vaxtlarda ən az 15-20 dəqiqə günəşlənmə qəbul etməsinə diqqət yetirilməsinin vacib olduğunu qeyd ediblər:

 "Vücudumuzun kalsium və D vitamini metabolizmasının düzgün işləməsi üçün kifayət qədər  maqneziuma ehtiyacı var. Uşaqların pəhrizində maqnezium qaynaqlarını mütəmadi olaraq saxlamaqla onların sümük inkişafına və boy artımına kömək etmək olar.

 Yaşıl mərcimək ən yaxşı maqnezium qaynaqlarından biridir. Digər maqnezium mənbələri ispanaq, brokoli, ənginar, uskumru, tünd şokolad və pomidordur. Fındıq, fıstıq, qoz, badam kimi fındıqlar ən yaxşı sink mənbəyidir və sağlamlıq üçün faydalı olan yağ turşularını özündə ehtiva edir.

 Araşdırmalar göstərir ki, sink əskikliyi daha çox boyu qısa olan uşaqlarda olur. Övladlarınızın qəlyanaltılarına qoz-fındıq əlavə edə bilərsiniz. Bu yolla qısa boy riskini azaldacaqsınız. Həmçinin, qoz-fındıq yüksək enerji dəyəri olan sağlam bir qəlyanaltı olduğundan uşağınızın qan şəkərini tarazlayaraq, lazımsız qidalara və sağlam olmayan qidalara çevrilməsinin qarşısını ala bilər".
Aynurə Pənahqızı