Körpəsini itirməkdən qorxub

Hamilə qadın peyvənd olunmadığına görə peşmandır

Türkiyədə 7 aylıq hamilə qadın peyvənd olunmadığına görə peşman olduğunu deyib. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amasiyada koronavirusa yoluxan 42 yaşlı Nuray Dülger hər kəsi peyvənd olunmağa çağırıb. 

O bildirib ki, vaksin olunmadığına görə xəstəliyi çox ağır keçirib: "Virus artıq ciyərlərimə düşmüşdü. Hər kəsə peyvənd olunmağı tövsiyə edirəm. Xəstəxanaya oynaq ağrısı və yüksək hərarət şikayətləri ilə müraciət etmişdim. Ancaq "Covid-19" testinin nəticəsi pozitiv çıxdı. Bu səbəbdən 16 gün xəstəxanada müalicə almalı oldum".

Nuray Dülger körpəsini itirməkdən qorxduğu üçün peyvəndlənmədiyinə görə peşmanlığını ifadə edib:

 "Kəndimizdə çox insan yaşayır, təmaslar olur, haradan və kimdən keçdiyini bilmirəm. Körpəmi itirəcəyimdən qorxduğum üçün peyvənd olunmadım, amma buna görə çox peşmanam. Virus ciyərlərimə qədər düşdüyü üçün uzun müddət antibiotik və serum müalicəsi aldım. Həqiqətən bütün bunlar çox çətin idi. Ona görə də hər kəsi peyvənd olunmağa səsləyirəm".

Aynurə