Azərbaycanda "Pfizer" vaksini vurulan tibb müəssisələrinin sayı artırılıb

Azərbaycanda koronavirus əleyhinə "Pfizer-BioNTech" vaksini vurulan tibb müəssisələrinin sayı yenidən iki dəfə artırılıb.

"Report"un əldə etdiyi məlumata görə, bununla da həmin müəssisələrin sayı 33-dən 68-ə çatdırılıb.

Qeyd edək ki, ötən ilin dekabrında bu rəqəm 17-dən 33-ə çatdırılmışdı.