Futbol əfsanəsi xəstəxanaya yerləşdirildi


Əfsanəvi braziliyalı futbolçu Pele iki günlük kimyəvi terapiya kursuna cəlb edilib. 

Mənbə yazır ki, 81 yaşlı üçqat dünya çempionunun vəziyyəti stabildir.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele qalın bağırsaqdakı şişin götürülməsi üçün əməliyyat olunub.

Müalicə bitdikdən sonra futbol əfsanəsi San-Pauludakı xəstəxanadan evə buraxılıb.

Mənbə: Reuters