İnfeksionist “Omikron”a yoluxmağın müsbət tərəfini AÇIQLADI


“Omikron”un yaranması koronavirusun sonunun əlamətidir”.

Bu sözləri rusiyalı baş infeksionist, tibb elmləri doktoru, professor Vladimir Nikiforov bildirib.


“Hesab edirəm ki, pandemiya yaya qədər bitməlidir”, - deyə Nikiforov vurğulayıb.

O qeyd edib ki, əhalinin bir hissəsi bunu hiss etmədən, asimptomatik olaraq “Omikron”a yoluxacaq.

Nikiforov izah etdi ki, yoluxma sayında artıq kifayət qədər böyük artım olsa da, xəstəxanalar dolu deyil, bu o deməkdir ki, “Omikron” “Delta” ştammı qədər ağır deyil.

Mənbə: RİA Novosti