“Altun süd”...

Diyetoloq inanılmaz faydalarını açıqladı

   “Altun süd”, başqa sözlə, “qızıl süd” nədir? Türkiyəli diyetoloq Gamze Altınay “qızıl süd”ün orqanizmı faydalarını və hazırlanma qaydasını açıqlayıb. “Şərq” Türkiyə mətbuatına istinadən bildirir ki, diyetoloq “qızıl süd”dən hindistanlıların əsrlərdir istifadə etdiyini deyib. Südə qızılı rəng verənsə sarıkökdür. Başqa adla – zərdəçal! Hindistanda yatmazdan öncə içinə sarıkök qatılmış 1 fincan isti süd içmək ənənəsinin kökləri çox qədimlərə gedir. Sarıköklü isti süd hindlilərinin sevimli içkisidir. Hindistanlılar belə bir içkinin orqanizmin immunitetini gücləndirdiyinə, şəfa qaynağı olduğuna əmindirlər. Xüsusən hazırkı viruslu dünyamızda belə şəfalı içkilərə böyük ehtiyac var. İmmuniteti gücləndirmək xəstəliklərə qalib gəlməyə, qış günlərində məruz qala biləcəyimiz soyuqdəyməni asanlıqla, qısa zamanda atlatmağa imkan verəcək.  Hindlilər bol ədviyyatlı içkilərin təkcə orqanizmi deyil, ruhu qidalandırdığına da əmindirlər. “Qızıl süd”ə zərdəçalla yanaşı qara istiot, darçın, zəncəfil, hil, hindistan cevizi də əlavə edilə bilər. Lakin ən önəmli ədviyyat məhz zərdəçaldır. Südə qatılan ədviyyatlar yüksək antioksidan keyfiyyətə malikdir və orqanizmə verdiyi şəfa da bundan qaynaqlanır.  Antioksidanlar immuniteti gücləndirir, orqanizmi xərçəncə qarşı qoruyur, xolesterolu aşağı salır, həzm prosesini asanlaşdırır, diabet, piylənmə kimi xəstəliklərə qarşı təsirlidir. Zərdəçal həmçinin artıq çəkidən xilas olmağa da kömək edir. Diyetoloq “altun süd”ün hazırlanma qaydasını açıqlayıb: 
1 stəkan südə: 1 çay qaşığı zərdəçal, 1 çay qaşığı darçın, 4/1 çay qaşığı üyüdülmüş qara istiot, 2-3 ədəd mixək, 1 çay qaşığı təbii bal. Süd əlavə edilmiş ədviyyatlar isdilir, bal sonra əlavə edilir. Şəfa olsun!