Koronavirusa yoluxanların 90 %-də “Omikron” ştammı aşkarlanır - RƏSMİ


“İstər “Omikron”, istərsə də digər ştammlar koronavirusun müxtəlif mutasiyalarıdır. Odur ki, PZR testləri bunları müəyyən etməyə imkan verir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, insanın yoluxduğu virusun mutasiyanın hansı növünün olmasını müəyyən etmək üçün əlavə yoxlamalara gərək var:

“Bu müayinələr isə bahalıdır. Heç buna ehtiyac da yoxdur. Çünki yoluxan 10 nəfərdən 9-da “Omikron” ştammı çıxırsa, yoluxanların digər əlavə müayinələrə getməsinin ciddi əhəmiyyəti yoxdur”.