Azərbaycanda daha bir teatrın aktyorları koronavirusa yoluxdu


Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.


Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb aktyorların COVID-19-a yoluxmasıdır:

“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.