Putinin ayaqları davamlı titrədi! - Parkinsondan əziyyət çəkir? + VİDEO

Rusiya prezidenti Vladimir Putinin tacikistanlı həmkarı Emoməli Rahmonla görüşündə ayaqlarının davamlı titrəməsi son günlər onun səhhətinin vəziyyəti ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Putinin tacikistanlı həmkarı  Emoməli Rahmonla görüşü zamanı çəkilən videoda Rusiya liderinin tez-tez ayağını yerə vurduğu görünür. Putinin narahat hərəkətləri  Tacikistan lideri Emoməli Rahmonın da diqqətini çəkib.

Səhiyyə mütəxəssisləri, siyasətçilər və hətta mühacirətdə olan rusiyalılar belə iddia edirlər ki, Putin ciddi bir xəstəliklə mübarizə aparır və son həftələr onun səhhəti ilə bağlı çoxsaylı iddialar səslənir.

Putinin Parkinson xəstəliyi ilə mübarizə apardığı iddia edilərkən, mütəxəssislər narahat ayaq sindromunun Parkinson xəstələrində tez-tez görülə biləcəyini ifadə ediblər.