Jurnalistdən XƏBƏR VAR!- "Düzələcəyinə ümid edirik”

Jurnalist Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.
Trend-in məlumatına görə, dünən axşam saatlarında onun səhhəti qəfil pisləşib və o, Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
“Sherg.az” jurnalistin həyat yoldaşı ilə əlaqə saxlayıb. O, jurnalistin  vəziyyəti barədə məlumat verib.
“Səhhətində problemlər var idi, xəstə idi. Müalicə olunurdu və yaxşılığa doğru gedirdi. Sonradan soyuqladı, yenidən səhhəti pisləşdi. Hazırda xəstəxanadadır. Müalicə davam edir. Vəziyyəti isə stabildir. Həkimlər düzələcəyinə ümid edir”-, deyə həyat yoldaşı bildirib.
Jurnalistin həyat yoldaşı Qadir İbrahimlinin birinci dərəcəli qaraciyər serrozundan əziyyət çəkdiyini qeyd edib.