COVİD-19 pişikdən insana yoluxub   

Tədqiqatın nəticəsi heyrət doğurub

Tailandda bir ildir aparılan tədqiqatın nəticəsi heyrət doğurub. Tədqiqat nəticəsində COVİD-19-un pişikdən insana ilk yoluxma faktı müəyyənləşib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Banqkokun “Prince ofSongkla” Universitetində aparılan tədqiqat zamanı ötən il COVİD-19 xəstəliyi keçirmiş  bir baytar həkimin, virusa üzünə tərəf asqırmış pişikdən yoluxduğu məlum olub.

Baytardan götürülən analizlərdə görünən viruslar 5 gün öncə müalicə etdiyi pişikdən alınmış analizlərdəki virus nümunələri ilə eynilik təşkil edib. Müəyyən edilib ki, pişik virusa sahiblərindən yoluxub, baytara gətirildikdə isə burnundan nümunə götürülən zaman asqırdıqda baytar həkimini də virusa yoluxdurub. 

Baytar həkim pişiyi müayinə edərkən yalnız  tibbi maskadan istifadə edib, başqa qoruyucu əşyası  olmayıb. Koronavirus pandemiyası başladıqda alimlər virusun heyvanlardan – pişik, it, siçanlar, vəhşi gəlincik, yarasa, vəhşi camışlar, donuz, dovşan, tülküdən keçə biləcəyini, məməlilərin bir çox növünün virus daşıyıcısı ola biləcəyini xatırladırdı. 

ABŞ Səhiyyə Təşkilatı da ev heyvanları bəsləyənlərin pandemiya müddətində onlarla məsafəli davranmasını tövsiyə edirdi.