Siqaretə meyil azalacaq

ABŞ hökuməti yeni strategiyasını açıqlayıb

     ABŞ-da Prezident Co Baydenin administrasiyası siqaret aludəçiliyi ilə bağlı yeni siyasətini açıqlayıb. Qərara əsasən, siqaret istehsalçıları nikotini asılılıq yaratmayan səviyyəyə endirməli olacaqlar.
    "Şərq" “NTV”yə istinadən xəbər veriri ki, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) komissarı Robert Califf verdiyi açıqlamada, nikotinin güclü asılılıq yaratdığını deyib.

Açıqlamada, FDA-nın 2023-cü ilin may ayına qədər tütün məmulatlarının tərkibində ola biləcək nikotinin miqdarı üçün yuxarı hədd təyin edəcəyi bildirilib.

Bayden administrasiyasının qəbul etdiyi qərar çərçivəsində siqaretin nikotin aludəçiləri üçün daha az cəlbedici edilməsinin hədəfləndiyi vurğulanıb.

     ABŞ-da siqaret istifadəsi, xüsusən də koronavirus pandemiyası zamanı qapanmalarda artıb. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 2020-ci ildə ABŞ-da yetkin insanların təxminən 12,5 faizinin (30,8 milyon nəfər) siqaret çəkdiyini bildirib.