Bədənimizi daşıyan və gün ərzində saatlarla çəki altında qalan ayaqlarımız tez-tez ödəm yığır və şişir.
"Sherg.az" xəbər verir ki, ayaqlarda şişkinlik bəzən ödəmdən çox başqa xəstəliklərin əlaməti ola bilər.
Bədəndə xüsusən də ayağın baş barmağında xarakterizə edilən ağrı və şişkinlik, gut xəstəliyinin xəbərçisidir.
Gut orqanizmdə sidik turşusunun çox olması nəticəsində yaranır. Bu, oynaqlarda və yumşaq toxumalarda anormal sidik turşusu kristallarının toplanmasına və gut xəstəliyinə səbəb olur.
Ayaqlarım şişir, ağrıyır desəniz, yoxlanışdan keçmək faydalı olar.
Gut xəstəliyi oynaqlarda şişlik, qızartı, şiddətli ağrı ilə müşayiət edilən oynaq iltihabıdır.
Ani və şiddətli ağrı şəklində özünü göstərir.
Mənbə:EnSonHaber