COVID-19-un yeni variantı ola bilərmi?  

Misirdə naməlum xəstəlik yayılıb

  Misirdə 270 nəfər mənbəsi hələ də tapılmayan naməlum xəstəliyə tutulub. Yoluxma sayındakı artım xəstəliyin COVID-19-un yeni bir variant ola biləcəyi ehtimallarını da artırıb. 
“Sherg.az" “NTV.com.tr”yə istinadən xəbər verir ki, artıq bir neçə ölkə Misirə təyyarə reysləri zamanı daha ciddi təhlükəsizlik  tədbirləri görəcəklərini bildiriblər. 
Naməlum xəstəlik Yuxarı Misirin Qena vilayətində yayılıb. Bəzi mütəxəssislər xəstəliyin COVID-19-un yeni variant ola biləcəyindən ehtiyat edirsə də, bir başqaları bunun ağcaqanadlar vasitəsilə yayılan “dang humması” xəstəliyi olacağından ehtiyatlanır. Misir Səhiyyə və Əhali Nazirliyi əl-Aleqat kəndindəki xəstələrdə simptomlarının müxtəlif olduğunu açıqlayıb. Səhiyyə nazirinin köməkçisi Amr Kandil simptomların vücud ağrıları, 3-5 gün davam edən hərarət, sümük ağrıları, zaman-zaman qaytarma, mədə pozğunluğu olduğunu, vəziyyətə nəzarət etmək üçün müşahidəçi səhiyyə işçilərinin əraziyə göndərildiyini  deyib. Vücud və sümük ağrıları olması səbəbindən də yeni xəstəliyin COVID-19-un yeni bir variant ola biləcəyi üzərində daha çox dayanılır. Naməlum xəstəlik barədə dəqiq məlumat tədqiqatlar nəticəsində bəlli ola bilər.