Süni zəka döş xərçəngini təsbit etdi: Robot 2 radioloqun işini görür


Döş xərçənginin müəyyənləşməsində süni zəkanın böyük uğur qazandığı məlum olub. 

“Sherg.az”  “NTV.com.tr”yə istinadən xəbər verir ki, İsveç alimlərinin təkmilləşdirdiyi süni intellekt tərəfindən mamogramlar (döş mamografiyası) nəzərdən keçirilib. Nəticə alimləri heyrətləndirib. Süni intellekt ən azı 2 radioloq qədər uğurlu olub. İnsan radioloqlarla eyni nəticəni göstərib. Süni intellektin radiloqların iş yükünü azaltdığı, iş əmsalını isə yüksəltdiyi məlum olub. 


Ümumdünya Səhiyyə Təşkilatı hər il 2,3 milyondan artıq qadının döş xərçənginə tutulduğunu və döş xərçənginin ən geniş yayılmış xərçəng xəstəliyi növü olduğunu açıqlayıb. İsveç alimlərinin təkmilləşdirdiyi süni intellekt isə döş xərçəngini ilkin və müalicə edilə bilən mərhələdə aşkarlaya biləcək. İsveçin Lund Universitetində aparılan tədqiqat nəticəsində təkmilləşdirilən süni zəka isə mamogramları dəqiq oxuya biləcək. Süni zəkanın nə dərəcədə dəqiq olduğunu müəyyənləşdirmək üçün 40-80 yaşlı 80 min qadının mamogramları eyni zamanda həm süni zıkaya, həm də radioloqlara təqdim edilib. Nəticə heyrətli olub. Süni zəka radioloqlardan daha dəqiq diaqnoz qoyub. Alimlər hesab edir ki, süni zəka döş xərçənginə tutulma risqini daha erkən mərhələdə müəyyənləşdirməklə həm insanların salamlığına xidmət edəcək, həm də radioloqların iş yükünü azaldacaq. Tədqiqat haqqında "The Lancet Oncology" dərgisində məlumat yayımlanıb.