Körpəsini dünyaya gətirmiş anaların doğuş prosesindən sonra bir sıra problemlərlə qarşılaşacağı gözləniləndir. Bunlardna biri də yuxusuzluqdur. Əksər gənc analar məhz yuxusuzluqdan gileylənir. Yuxusuz qalmaq isə ana südünün azalmasından tutmuş, orqanizmdə bir çox fəsadlara yol açır. Rahat yuxu üçün mütəxəssislər analara bir neçə məsləhət verib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, gənc analar ən əvvəl işlərini düzgün planlaşdırmağı öyrənməlidr. Ev işləri heç vaxt bitmir. Lazımdır ki, ən önəmli işlər müəyyənləşdirilsin və məhz o işlərə vaxt ayrılsın. İkinci, üçüncü dərəcəli işləri sonraya da saxlamaq olar. Bütün işləri bir gündə, bir neçə saatın içində görməyə cəhd edildikdə, işlər onsuz da bitməyəcək, əvəzində yorğunluq artacaq və bu da rahat yuxuya mane olacaq. Amma işlər planlaşdırıldıqda beyin əlavə düşünmək yükündən xilas olur və rahat yuxu təmin edilir. Bir çox analar harda yuxu tutursa, elə oradaca yatmağa üstünlük verir. Bu, yanlışdır. İnsan harada rahat uzanıb yatırsa orada da yatmalıdır. Və buna cəld hazırlaşmaq lazımdır. Yuyunmaq, ardınca gecə libası, pijama geyinmək yuxuya hazırlıq prosesidir. İnsan bir neçə dəqiqədən sonra yatağına uzanacağını biləndə beyinə “indi yatmaq zamanıdır” siqnalları ötürülür. Bu da yuxuya getməyi asanlaşdırır və rahat bir şəkildə yatmağı təmin edir. Yatmazdan əvvəl gənc analara məsləhət görülür ki, bitki çayları içsinlər. Məsələn, çobanyastığı, melisa, kantaron bitkiləri faydalıdır. Bitki çaylarını körpəni əmizdirdikdən sonra içib yatmaq məsləhətdir. Körpə də tox qarına uzun müddət yatacaq, ana da bitki çayının xoş təsiri altında rahat yuxuya gedəcək. Yuxuya getmək üçün otaq qaranlıq və ya alaqaranlıq olsa yaxşıdır. Günün hər hansı vaxtında yatmağa hazırlaşırsınızsa, pərdələri örtün. Göz bandı da istifadə etmək olar. Rahat yuxu üçün aromaterapiya məsləhət görülür. Xoş ətirlər insanın rahat yatmasna çox kömək edir. Lavanda yağı ilə başı, gicgahları masaj etmək olar və ya yataq otağına lavanda çiçəyinin yağını, yaxud da ətir qoymaq məsləhətdir.