Qarpız qabığından gələn gözəllik! Dondurub üzünüzə sürtdükdə...


Sağlamlıq üçün əlavə faydalar təmin edən qarpız təravətləndirici tərəvəz məhsullarından biri kimi tanınır. Tez-tez istehlak edilən bu meyvənin qabıqlarının heç bir faydası olmadığını düşünürsünüzsə, yanılırsınız. Sherg.az onun dəriyə təsirini təqdim edir.

Qarpızı doğradıqdan sonra qabıqlarını atmaq əvəzinə kiçik parçalara ayırıb dondurun. Səhər və axşam dərinizə sürtsəniz, zamanla yaranan dəyişikliyə inanmayacaqsınız. Təravəti sayəsində dəriniz nəfəs alacaq.

Qarpız qabığı tərkibindəki yüksək su və antioksidan xüsusiyyətləri sayəsində dərinizə soyuducu təsir göstərir. Dərinin qızartı və iltihabını azaltmaqda xüsusilə təsirlidir. Yayda günəşə məruz qalma nəticəsində yaranan yanıqları və səpgiləri aradan qaldırır.

Tərkibində dərini nəmləndirən və qidalandıran bir çox vitamin və mineral var. Bu təbii nəmləndirici xüsusiyyətlər xüsusilə quru dərilər üçün faydalıdır. Dərinin yenilənməsini də dəstəkləyir.

C vitamini və təbii turşular dəridəki tünd ləkələrin işıqlandırılmasında təsirli ola bilər. Ona görə də mütəmadi olaraq dondurulmuş qarpız qabıqlarından istifadə etməlisiniz. Bu şəkildə dəri daha hamar və canlı olur.

Onun antibakterial xüsusiyyətləri dəridə qara nöqtələrin və sızanaqların əmələ gəlməsini azaltmağa kömək edir. Dəridəki artıq yağ və kirləri təmizləyərək məsamələrin tıxanmasının qarşısını alır. Üzünüzün qara nöqtələr və sızanaqlar olan bölgələrinə dondurulmuş qarpız qabıqlarını çəkərək bu problemləri aradan qaldıra bilərsiniz.

Sakitləşdirici təsiri göz altındakı qara dairələri və şişkinliyi azaltmaqda təsirli olur. Bu bölgədə qan dövranını artıraraq göyərmə və şişkinliyi azaltmağa kömək edir.