Diabetlə mübarizə aparmağa kömək edən qidalar
Yusif Nəzərli
19:06 27.02.2025
Sağlamlıq
471
Şəkərli diabetlə mübarizədə aktiv həyat tərzi ilə yanaşı, balanslı və nizamlı qidalanma çox mühüm rol oynayır. 1-ci tip şəkərli diabeti nəzarətdə saxlamaq, 2-ci tip şəkərli diabetdən xilas olmaq və ya ən azından onun yaranma riskini azaltmaq istəyirsinizsə, bunu pəhrizinizə əlavə edəcəyiniz məhsullar vasitəsilə etmək mümkündür. Bu qida maddələrindən ən vacibləri isə bunlardır:
Qırmızı Meyvələr: Xüsusilə 2-ci tip diabet xəstələri üçün antioksidant və lif qaynağı olan qırmızı meyvələr, insulin istehsalına kömək edir və qan şəkəri balansı baxımından 1-ci tip diabet xəstələri üçün də çox əhəmiyyətlidir.
Brokoli: Bu tərəvəz təbii olaraq diabetlə mübarizə aparır, qan şəkərinin səviyyəsini normallaşdırır və C vitamini üçün gündəlik tələbatı ödəyir.
Kələm: Brokoli kimi kələm də, aşağı karbohidrat tərkibi ilə tanınan bir tərəvəzdir.
Qatıq: tərkibində yüksək kalsium olduğu üçün gündəlik qida rasionuna daxil edilməli olan qatığın 2-ci tip şəkər xəstəliyinə tutulma riskini azaltdığı müəyyən edilib.
Çay: Mütəxəssislər yaşıl və ya qara çayın şirinləşdirilməməsi şərti ilə hər gün istehlak edilməli olduğunu deyir.
Sarımsaq: Sarımsaq xərçəng riskini azaldır, xolesterinin səviyyəsini normallaşdırır və təzyiqi tənzimləyir. Bu səbəbdən diabetlə mübarizə zamanı mütləq istehlak edilməsi lazım olan qidalardan biridir.
İspanaq: Lifli yaşıl yarpaqları ilə mütəxəssislər onu diabet xəstələrinə tövsiyə edir.
Tünd şokolad: Az şəkər və çoxlu kakao olan tünd şokolad zəngin bir antioksidan mənbəyidir və insulin müqavimətini də azaldır.
Darçın: şirniyyat istədiyinizi təmin edə biləcək bir ədviyyatdır. Bundan əlavə, araşdırmalar göstərib ki, darçın qan şəkərinin səviyyəsini normallaşdırır.
Şirin kartof: Kartofdan fərqli olaraq şirin kartof insulin müqavimətini azaldır, xolesterini aşağı salır və yüksək qan şəkəri səviyyəsinin qarşısını alır.
Mütəxəssislər, siyahıya əlavə olaraq balıq, qoz-fındıq, paxlalılar, toxumlar, avokado, kətan toxumu, alma, yulaf və zeytun yağını da qida rasionuna əlavə etməyi məsləhət görüb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya