
Professordan həyacan siqnalı: Pandemiya başa çatsa da, epidemiya davam edir
09:47 04.06.2025
Sağlamlıq
319
Adil Qeybulla: Hazırkı qlobal epidemioloji vəziyyət mürəkkəb və qeyri-stabildir
Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Bu barədə Səhiyyə Nazirliyidən məlumat verilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verib:
Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
Əl gigiyenasına ciddi riayət edin;
Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, hazırkı qlobal epidemioloji vəziyyət mürəkkəb və qeyri-stabildir:

“Mövsümi infeksiyaların aktiv dövrü olmamasına baxmayaraq, respirator infeksiyaların, xüsusilə də SARS2, Covid19, Omikron variantlarının mutasiya formalarının geniş yayılması müşahidə olunur. COVID-19 infeksiyasına yoluxma hallarının artım dinamikası bütün dünyada qeydə alınır. Bunun əsas səbəblərindən biri, vaksinasiya səviyyəsinin bir sıra ölkələrdə qeyri-adekvat olması və infeksiyanın qarşısının effektiv şəkildə alınmamasıdır. Pandemiya rəsmi olaraq başa çatsa da, epidemiya davam etməkdədir. İmmunsupressiv xəstələr – o cümlədən QİÇS (SPID) xəstələri və autoimmun patologiyalarla əlaqədar immunosupressiv müalicə alan şəxslərdə bu virusun orqanizmdə daha uzun müddət qalmasına və bu müddət ərzində virusun mutasiyaya uğrayaraq yeni genetik variantlar yaratmasına səbəb olur. Hesab edirəm ki, vəziyyət kifayət qədər ciddidir. Epidemioloji vəziyyət bu şəkildə pisləşməkdə davam edərsə, Dünya Səhiyyə Təşkilatının tövsiyələri ilə müəyyən tədbirlər görülə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm