
İnfeksionist: A qrip virusları yüksək mutasiya qabiliyyətinə malikdir...
10:19 05.06.2025
Sağlamlıq
488
Bu da onların mövsümi epidemiyalar və bəzən pandemiyalar şəklində yayılmasına səbəb olur
Hazırda daha çox A qripi qeydə alınır və bu, sporadik xarakter daşıyır.
Bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, qrip infeksiyasına ilboyu rast gəlinir, lakin əsasən payız və qış aylarında xəstələnmə halları artır: “Yay aylarında isə yoluxmalar əsasən tək-tək hallarda müşahidə olunur. Bu epidemioloji qanunauyğunluq Azərbaycanda da özünü göstərir”.
Təyyar Eyvazov qeyd edib ki, risk qrupuna isə 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlər və 65 yaşdan yuxarı insanlar daxildir: “Bu şəxslər üçün qrip daha təhlükəlidir, çünki ağır fəsadlara səbəb ola bilər. Belə ağırlaşmalar arasında meningit, ensefalit, pnevmoniya və digər ciddi vəziyyətlər yer alır”.
İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a söyləyib ki, A qrip virusu, influenza A virusu tərəfindən törədilən və ən geniş yayılan qrip növüdür:

“Ümumilikdə, influenzanın A və B tipləri mövcuddur, lakin epidemioloji baxımdan daha əhəmiyyətli və yoluxuculuq potensialı daha yüksək olan A tipidir. A qrip virusları yüksək mutasiya qabiliyyətinə malikdir. Bu da onların mövsümi epidemiyalar və bəzən pandemiyalar şəklində yayılmasına səbəb olur. Bu tip qrip adətən yüksək hərarət, əzələ ağrıları, baş ağrısı və ümumi zəiflik kimi simptomlarla müşahidə olunur. Xüsusilə immun sistemi zəif olan fərdlərdə ağırlaşmalar riski artır. Kiçik yaşlı uşaqlar, yaşlı şəxslər və xroniki xəstəlikləri olan pasiyentlər A qripinə qarşı daha həssas hesab olunurlar. Ağırlaşmalar arasında sinüzit, bronxit, pnevmoniya və nadir hallarda ensefalit kimi ciddi fəsadlar qeyd olunur. B qripi isə daha yüngül gedişatlı olub, adətən ağırlaşma ilə müşayiət olunmur və yüksək qızdırma nadir hallarda müşahidə edilir. A tipli qrip virusları antigen drift və antigen shift kimi mexanizmlər vasitəsilə genetik dəyişikliklərə məruz qalır ki, bu da yeni virus ştammlarının yaranmasına və əhalidə immun yetərsizliyə səbəb olur. Bu səbəbdən A qripi ilə mübarizədə hər il yenilənən qrip vaksinləri böyük əhəmiyyət daşıyır. Profilaktik tədbirlər və vaxtında tibbi müdaxilə A qripinin fəsadlarının qarşısını almaqda mühüm rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm