
Ağır fiziki işdə çalışanların ömrü digərlərinə nisbətən az ola bilər -Tanınmış həkimdən ŞOK AÇIQLAMA
11:46 17.09.2024
Sağlamlıq
894
Karyeristlər, gecə-gündüz işləyənlər və ya tətilsiz çalışanlar alkoqol içənlərdən daha çox xəstələnir və tez ölür.
Bakupost.az xəbər verir ki, amerikalı alimlər müəyyənləşdiriblər ki, xroniki alkoqolizmlə xroniki karyeristliyin təsirləri eynidir.
Elmi tədqiqatda 45-69 yaş arası 749 nəfər iştirak edib.
Alimlər onların həyat tərzi, işi və zərərli vərdişləri barədə təhlil aparıblar.
Daha sonra onların həyatı 20 il izlənilib.
Analizlər göstərib ki, kifayət qədər istirahət, rejim və tətilin olmaması sağlamlıq üçün ciddi təhlükədir.
Alimlər müəyyən ediblər ki, daim işləyən insanların ömrü alkoqol asılılığından əziyyət çəkən xroniki əyyaşlardan daha az yaşayır.
Daimi yorğunluq, stress ürək-damar xəstəlikləri, infarkt, insult riskini artırır.
İş saatından artıq 2-3 saat işləmək xroniki alkoqolizmə bərabərdir.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a deyib ki, stress və siqaret çəkmək ürək-damar sistemi xəstəliklərini yaradan amillər içərisində birinci yerdə dayanır:

“Daş qaldıranlar, mədən və digər ağır fiziki işdə işləyənlərin ömrü digərlərinə nisbətən az ola bilər. Çünki ağır işdə çalışanların daxili orqanlarında problemlər yaranaraq sıradan çıxa bilir. Digər tərəfdən alimlərin tədqiqatlarına əsasən zehni iş beynin məşqidir. Bu mənada kitab oxumaq yaddaş gücləndirir, söz ehtiyyatını artırır və insanın təfəkkür fəaliyyətini genişləndirir. Spirtli içkilərin və siqaretin mənfi təsirləri isə insan həyatı və orqanizmi üçün böyük problem yaradır. Ona görə də spirtli içkilərə asılılıq dünyada vaxtından əvvəl ölüm və xəstəliklərin mühüm risk faktorlarından biridir. Ümumiyyətlə alkoqol istifadəsi hər il milyonlarla insanı ölümə aparır. İnsanlar artıq demək olar ki, hər gün spritli içkilər qəbul etməyə adət edib və bunun da nəticələri qorxuludur. Qəbul edilən alkoqol ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsində bir başa əlaqəsi var. Hətta alkaqol insan şəxsiyyətinin deqredasiyasına qədər gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya