Alimlər tez qocalmanın sirrini açdı -Beyin ölçüsü...
Yusif Nəzərli
14:34 08.09.2024
Sağlamlıq
606
Alimlər böyük ölçülü beyin sahib insanların daha tez qocaldığı iddiasını irəli sürüb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən qeyd edir ki, alimlərin tədqiqatı insan beyninin daha tez qocalmasının beynin ölçüsünə bağlı olduğu gerçəyini ortaya qoyub. Beyin nə qədər böyük ölçülüdürsə, bir o qədər tez qocalır. Alimlər insan beyni üzərində yeni tədqiqat aparıb və məlum olub ki, insan beyninin bəzi bölgələrinin yaşlanma dövrü daha kiçik beyinlərə görə daha sürətlə qocalır. İnsan beyninin böyüklüyü, onu digər məməlilərdən ayıran önəmli bir özəllikdir. Lakin elmi orqan olan “Science Advances” dərgisində yayımlanan yeni bir tədqiqat materialında bu böyüklüyün başqa problemə yol açdığı qeyd edilib. Tədqiqat zamanı böyük beyin bölgələrində qocalma prosesinin daha sürətlə getdiyi bilinib. Tədqiqata 480 insan və 189 şimpanze meymunu cəlb edilib. Və canlıların beyinləri ilə bağlı tədqiqat aparılıb. Tədqiqatın gedişində beyinlərin qocalma prosesi izlənib. Elmə məlumdur ki, insan beyni digər məməlilərin beyinlərinə nisbətən daha böyük ölçülüdür. O cümlədən şimpanzelərin də beyin ölçülərindən 3 dəfə böyükdür. Lakin bu dəfə insan və meymunların beyinlərinin 17 fərqli hissələri tədqiq olunub. İnsanlarda beynin gözlərin arxasında (beynin bu hissəsi qərarvermədə əsas rol oynayır) düşən hissəsi digər hissələrə nisbətən daha böyükdür. Tədqiqat məhz bu hissədə - orbitofrontal korteks hissəsində kiçilmənin daha sürətlə getdiyi görülüb. Professor Sam Vickeri beyinin düşünən hissəsinin daha sürtətlə kiçilərək qocaldığını deyib. Bunun səbəbini tapmaq üçünsə daha geniş bir tədqiqata ehtiyac olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial