Alimlərdən inqilabi kəşf: Həyat ölümlə bitmir
Yusif Nəzərli
23:09 21.09.2024
Sağlamlıq
828
Alimlər ölü orqanizmin hüceyrələrinin hətta ölümdən sonra da fəaliyyət göstərə biləcəyi “üçüncü vəziyyət” aşkar ediblər. Seattledakı Vaşinqton Universitetinin tədqiqat qrupu ölü hüceyrələrin özlərini hərəkət etdirə, bərpa edə və çoxalda bilən yeni həyat formalarına çevrildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, alimlər ölüm və həyatdan kənar "üçüncü vəziyyət" adlandırdıqları yeni bir vəziyyət kəşf ediblər.
Ənənəvi olaraq həyat və ölüm bir-birinə zidd anlayışlar kimi qəbul edilsə də, ölü orqanizmlərin hüceyrələrindən yeni çoxhüceyrəli həyat formalarının yaranması bu təsəvvürü dəyişə bilər.
Cəmiyyətdə ölüm orqanizmin fəaliyyətinin dönməz şəkildə dayandırılması kimi qəbul edilir. Bununla belə, orqan donorluğu kimi təcrübələr göstərir ki, müəyyən orqanlar və hüceyrələr ölümdən sonra da fəaliyyətlərini davam etdirə bilirlər.
Son araşdırmalar bəzi hüceyrələrin qida, oksigen, bioelektrik və biokimyəvi şəraitlə təmin olunduqda ölümdən sonra yeni funksiyalar qazanaraq çoxhüceyrəli orqanizmlərə çevrilmə qabiliyyətinə malik olduğunu ortaya qoyub.
Məsələn, ölü qurbağa embrionlarından alınan dəri hüceyrələri laboratoriyada "ksenobot" adlanan yeni orqanizmlərə çevrilib.
Bu orqanizmlər orijinal bioloji rollarından kənar davranışlar nümayiş etdirərək ətraf mühitdə hərəkət edə bilirlər.
Alimlər aşkar ediblər ki, insan ağciyər hüceyrələri də özbaşına hərəkət edə bilən "antrobot" adlanan miniatür çoxhüceyrəli orqanizmlərə çevrilə bilir.
Bu antrobotlar təkcə öz mühitlərində naviqasiya etmir, həm də zədələnmiş neyron hüceyrələrini bərpa etmək qabiliyyətinə malikdirlər.
Tədqiqat hüceyrə sistemlərinin plastikliyini və postmortem dövrdə orqanizmlərin yeni formalara çevrilmə qabiliyyətini ortaya qoyur.
Üçüncü vəziyyət həyatın ölümlə bitmədiyini, çevrilmə yolu ilə davam edə biləcəyi fikrini gücləndirir.
Bundan əlavə, bu vəziyyət tibb sahəsində yeni müalicə imkanlarını ortaya çıxarır. Məsələn, antropobotlar müalicələrin aparılması və ya zədələnmiş toxumaların bərpası kimi tətbiqlərdə istifadə oluna bilər.
Məhdud bir ömrün olması da nəzarətsiz hüceyrə artımının qarşısını ala bilər. Gələcəkdə müalicə etməkdə çətinlik çəkdiyimiz bir çox məsələlər üçün daha təsirli həllər hazırlamaq mümkün ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya