Avropada epidemiya həyəcanı: Yoluxma sayı sürətlə artır
09:16 13.06.2024
Sağlamlıq
525
Avropa yeni bir epidemya ilə üz-üzədir. Avropa Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzi (ECDC) Asiya Kaplanı Sivrisineyi (Aedes albopictus) olaraq bilinən və qızdırmalı xəstəliklərə səbəb olan ağcaqanad növünün şimal, şərqi və qərbi Avropada yayılmağa başladığını bəyan edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Mərkəz epidemiyanın yayılmasını iqlim dəyişikliyi ilə əlaqələndirib. ECDC-dən verilən açıqlamada “Dang, chikungunya və “Zika” virusunun yoluxmasıyla əlaqəli olan Aedes albopictus virusu, Avropadan şimala, şərqə və qərbə doğru yayılmaqdadır və hazırda Avropa Birliyinin 13 ölkəsində qeydə alınıb. Adı “sarıhumma”, “dang”, “chikungunya” və “Zika” virusunun vektoru olan Sarı Humma ağcaqanadı (Aedes aegypti) yaxın zamanda Kıbrısda da qeydə alınıb. Və bu, xeyli narahatverici durumdur. Qərbi Nil virusunun yayılmasından sorumlu olan Culex pipiens ağcaqanadı Avropa qitəsinə xasdır və Avropa Birliyi ölkələrində mövcuddur. ECDC iqlim dəyişikliyinin bu növ ağcaqanadların çoxalmasına səbəb olduğunu bildirib. Ağcaqanadların çoxalması, yayılması üçün hazırda dünyada, o cümlədən Avropada “münbit şərait formalaşıb. Ətraf mühitin hədsiz çirklənməsi, çirkli su hövzələrinin formalaşması virus daşıyıcısı olan ağcaqanadların çoxalmasını və yayılmasını şərtləndirir. Bu da virus mənşəli xəstəliklərin yayılmasına, yoluxma sayının artmasına səbəb olur. Nəticədə xəstəliklər hətta epidemiya şəklini alır. Bu ilin başlanğıcından İspaniyanın Sevilya şəhərində Qərbi Nil virusu infeksiyası yayılıb. İqlim dəyişikliyi virusun yayılma vaxtını da dəyişib. Adətən yay aylarında baş verən bu tip hallara indi ilin başlanğıcından rast gəlinir. ECDC-nin direktoru Andrea Ammon isə bildirib ki, virusun yayılmasına həm də ölkələrarası səyahətlər, mal və məhsulların idxalı da səbəb olur. Yəni virus bir ölkədən digərinə bu yolla ötürülür. Virusun yayılma sürətini azaltmaq üçün yoluxmaların qısa zamanda təsbit edilməsi, yoluxmuş şəxslərin təcrid edilməsi və ciddi müayinə və müalicə əsasdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə