Azərbaycanlı alim dərman kəşf etdi:“Delta” ştammından qoruyur
Banuçiçək Kalbalıyeva
10:14 02.08.2021
Sağlamlıq
897
“Vaxı ilə mənim kəşf etdiyim “Aktipol” preparatı gözü radiasiyadan mühafizə edir”
“Dünya alimləri də təsiqləyiblər ki, həmin dərmanı koronavirusun bütün versiyalarına qarşı istifadə etmək olar”
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb. 202 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib, aktiv xəstə sayı 6 365 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, ötən müddət ərzində isə ümumilikdə 4 043 740 test aparılıb.
Yenicə rahat nəfəs almağa başlamışdıq ki, iki ildir tanıdığımız COVİD bunu bizə çox gördü. Arzuolunmaz tendensiyaya uyğun olaraq yenidən qapanmalar gözlənilir. Ən vacib sual isə bu bəladan canımızın nə vaxt qurtaracağıdır...
“Sherg.az” olaraq bu və digər məqamlarla bağlı həkim-oftolmoloq Paşa Qəlbinurla söhbətləşdik:
- Artan yoluxma faktı nələr vəd edir?
- Bu tendensiya təkcə ölkəmizdə yox, bütün dünyada müşahidə olunur. Koronavirusun canlar aldığı məlumdur. Deməli, onunla zarafat olmaz. Amma qaydalara əməl etmək kifayətdir ki, COVİD-in qurbanına çevrilməyəsən.
- Növbəti qapanma barədə nə düşünürsünüz?
- Əgər yoluxma bir az da artsa, bu, zəruri olacaq.
- Vaksinlə bağlı müxtəlif iddialar var...
- Həmin iddiaların heç birinin məntiqi əsası yoxdur. Çip və s. kimi şayiələr həqiqətə uyğun deyil. Bütün əzizlərimə, Azərbaycan xalqına peyvənd olunmağı tövsiyə edirəm.
- “Delta” ştammı ilə bağlı deyirlər ki, müalicəsi yoxdur. Mütləq insanın gözü çıxarılmalıdır. Bu nə qədər doğrudur?
- Hər ştammın öz səciyyəvi xüsusiyyətləri var. Məsələ ondan ibarətdir ki, viruslar ağzın, burunun və gözün selikli qişası ilə keçə bilir. Və “Delta” ştammı daha çox üçüncü ilə yoluxur.
- Necə qorunmaq olar?
- Vaxı ilə mənim kəşf etdiyim “Aktipol” preparatı gözü radiasiyadan mühafizə edir. Dünya alimləri də təsiqləyiblər ki, həmin dərmanı koronavirusun bütün versiyalarına qarşı istifadə etmək olar.
- Nə vaxt bu xəstəliklə birdəfəlik vidalaşa biləcəyik?
- Bunu dəqiq demək çətindir. Ən ciddi pandemiyalar, o cümlədən vəba xəstəliyi dörd il davam edib. İnanıram və ümid edirəm ki, mövcud qaydalara əməl etməklə biz COVİD-ə daha tez qalib gələ biləcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya