Bu, tale və ya xəstəlik deyil!
Bu, tale və ya xəstəlik deyil!
11:53 27.08.2024
Sağlamlıq
679
30 yaşlarında insanlarda təsadüf edir, təzyiq dərmanından bu şəkildə qurtulmaq olar
Yüksək təzyiq ürək-damar, aortik anevrizma, infarkt və böyrək çatışmazlığı kimi həyatı “zəhər” edən bir çox xəstəliklərə və dünyada hər gün 25 mindən artıq insanın həyatını itirməsinə səbəb olur. Yüksək təzyiqlə bağlı ölümlərin qarşısını almaqla yanaşı müalicə məqsədilə istifadə olunan dərmanlardan azad olmaq isə mümkündür.
"Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu haqda kardioloq Özləm Bozkaya danışıb. Həkim-kardioloq yüksək qan təzyiqinin xəstəlik olmadığını, ondan xilas olmağın asan yollarını göstərib. Ö.Bozkaya qeyd edib ki, həkimlərin bir çoxu pasiyentlərə qan təzyiqinə qarşı dərman preparatları təyin edir. Bununla yarana biləcək təhlükələri önləməyə çalışırlar. İnsanlar da yüksək təzyiqin artıq onların alın yazısı, taleləri olduğunu və həyatları boyunca dərman qəbul etməli olduqlarını düşünürlər. Halbuki yüksək təzyiqi aradan qaldırmaq və dərmanlardan xilas olmaq mümkündür. “Gündəlik həyatda normal təzyiq 120-80 hesab edilir. Bir çox insan təzyiqini ölçdükdə bundan azacıq yuxarı göstəriciyə dərhal həyəcanlı reaksiya verir, bunu təzyiqin yüksəlməsi hesab edib dərhal dərmana əl atır. Halbuki təzyiqin 120-dən bir qədər artıq olması təzyiq yüksəlməsi hesab edilməz. Təzyiqin yüksəlməsi stresdən, həyəcandan, qorxu və hətta əsəbdən də baş verə bilər. Önəmli olan gün ərzində təzyiqin hansı səviyyədə olmasıdır. Yüksək təzyiq 120-130 mmHg aralığında, aşağı təzyiq isə 80-85 mmHg aralığında olur. 130/90 mmHg üzərində olduqda yüksəkliyin dərəcəsinə görə kliniki olaraq hipertansiyon baxımından dəyərləndirilir. Bəzən insan evdə təzyiqini ölçdükdə normal, xəstəxanada isə yüksək və ya əksinə olur. Buna tibdə “maskalı hipertəzyiq” deyilir. Bəzən gecələr yüksək təzyiq baş qaldırır. Təzyiq “oynaması” gizli təzyiqdən xəbər verir. Gecələr narahat yatan insanlarda təzyiqin qalxması müşahidə edilə bilər. Bu zaman yuxusuzluq, səhər oyandıqda yorğunluq, baş ağırısı, başda ağırlıq hissi olur. Özləm Bozkaya, “yuxunun keyfiyyəti pozulduğu üçün insan gün ərzində enerjisiz və yorğun, yuxuya meyilli görünür. Gün ərzndə baş ağrısı, gərginlik, başda və qulaqlarda uğultu, xışıltı əmələ gəlir. Lakin yüksək təzyiq olduğu zaman heç bir şikayət olmaya da bilər. Buna görə də insanlar il ərzində kardioloji müayinələrdən keçməlidirlər. Bir çox insan yüksək təzyiqi olduğunu müayinələrdən keçdikdə öyrənir və buna çox təəccüb edir. Gizli təzyiq isə daha təhlükəlidir, çünki gözlənilmədən ağır nəticələr verə bilər. Siqaret çəkmək, artıq çəki, piylənmə, nizamsız qidalanma, yuxusuzluq, gecə növbəsində çalışanlar, oturaq hıyat tərzi keçirənlər, stresə məruz qalanların yüksək təzyiq xəstəsi olma ehtimalı daha yüksəkdir. İnsan özü haqqında “xəstəyəm” söyləməməlidir. Yuxarıda sadalanan halların aradan qaldırılmasına çalışmaqla insan yüksək təzyiqdən xilas ola bilər. Bu halda ona heç bir dərman preparatı lazım olmayacaq. Yüksək təzyiqdən xilas olmaq üçün hər bir insan keyfiyyətli və sağlam həyat tərzi keçirməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm