Çində bubon taununa yoluxma halı aşkarlanıb
Çində bubon taununa yoluxma halı aşkarlanıb
Yusif Nəzərli
15:57 20.07.2022
Sağlamlıq
407
Çinin şimal-qərbində bubon taununa yoluxma halı aşkarlanıb.
Yoluxmuş şəxs Ninsya-Huey Muxtar Rayonunun İnçuan şəhərində müəyyən edilib. O, bir gün əvvəl Daxili Monqolustan Muxtar Rayonundan İnçuana qayıdıb.
Bubon taunu aşkar edildikdən sonra Ninsya-Hueydə taunun qarşısının alınması və nəzarəti üçün fövqəladə tədbirlərin dördüncü səviyyəsi tətbiq edilib.
Xatırladaq ki, bundan əvvəl rusiyalı infeksionist Andrey Pozdnyakov Azərbaycanla həmsərhəd Dağıstan Respublikasının da taun xəstəliyinin mümkün təbii ocaqları arasında olduğu barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, bubon taunu təhlükəli infeksiyadır. Xəstəlik əvvəlcə yoluxmuş gəmiricilər, sonra isə insanları sancan həşəratların, o cümlədən birələrin vasitəsi ilə yayılır. Bundan başqa, xəstəliyə yoluxmuş heyvan cəmdəklərini kəsərkən və xəstə insanla yaxın təmas zamanı da yoluxma ola bilər. Simptomlar qripin simptomlarına (qəfil hərarət, titrəmə, baş və bədən ağrıları, həmçinin zəiflik, ürəkbulanma və qusma) bənzəyir.
Taunun ən çox yayılmış forması bubondur və yoluxmuş birə sancması ilə keçir. Nəticədə limfa sistemi zədələnir, limfa düyünləri sərtləşir. Xəstəliyin gec mərhələsində iltihablı limfa düyünləri açıq, irinli yaralara çevrilə bilər. Məhz bu taun orta əsr şəhərlərində qorxu yaradıb.
Taun xəstələrinin müalicəsi hazırda antibiotiklərin, sulfanilamidlərin və taun əleyhinə müalicəvi zərdabların köməyi ilə həyata keçirilir.
Mənbə: Rg.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçinin hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region