Demensiyanın ən təhlükəli növü hansıdır? – Alim xəbərdarlıq edir
21:40 26.07.2025
Sağlamlıq
345
Demensiyanın fərqli növləri mövcuddur və onların hər biri insanın şəxsiyyətini və həyat keyfiyyətini fərqli şəkildə məhv edir.
“Medicina.az” xəbər verir ki, Kimya və biotexnologiya kafedrasının baş elmi işçisi Valeri Litvinov demensiyanın xüsusilə təhlükəli və sürətlə irəliləyən formaları barədə danışıb.
Alimin sözlərinə görə, xəstəliyi ilkin mərhələdə tanımaq çətindir, çünki simptomlar çox vaxt sadə diqqətsizliklə qarışdırılır. Lakin demensiyanın 10 əsas əlaməti var:
• Tez-tez unutqanlıq
• Planlaşdırma və diqqət toplamaqda çətinlik
• Nitq pozuntuları
• Zaman və məkanda oriyentasiya problemleri
• Məntiqi düşünmədə zəiflik
• Əhval-ruhiyyənin kəskin dəyişməsi
• Aşkar apatiya
• Şəxsiyyətdə dəyişiklik
• Sağlam düşüncənin itməsi
• Məntiqi tapşırıqların yerinə yetirilməsində çətinlik
Litvinov qeyd edir ki, Alzheymer xəstəliyi demensiyanın ən gizli və eyni zamanda ən dağıdıcı formasıdır. Bu növ illərlə davam edə və xəstənin ağır mərhələyə keçidi 5-6 il ərzində baş verə bilər.
Alzheymerdən sonra ən çox rast gəlinən formalar bunlardır:
- Damar mənşəli demensiya (15–20%) – əsasən insultdan sonra yaranır və qısa müddətdə irəliləyə bilir. Beyində qan dövranının pozulması nəticəsində sinir hüceyrələri ölür.
- Spirtli demensiya (5–10%) – bu zaman neyronların məhvi birbaşa etanolun təsiri ilə baş verir. Xəstəlik 10 il ərzində inkişaf edir.
Alim onu da vurğulayıb ki, nadir demensiya növləri elm üçün xüsusi maraq doğurur. Lakin onlara çox zaman yalnız xəstənin ölümündən sonra dəqiq diaqnoz qoymaq mümkündür.
“Məsələn, az tədqiq olunmuş Pik xəstəliyi frontotemporal demensiyalara aiddir. Bu halda yaddaş nisbətən qorunub saxlanır, amma nitq və davranış ciddi şəkildə pozulur. Alzheymerdən fərqli olaraq, burada şəxsiyyətin dəyişməsi daha erkən müşahidə olunur.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə