Dərmanı, iynəsi vardı -Vitamin bantları da çıxdı
08:20 19.09.2024
Sağlamlıq
716
Uşaqlar üçün meyvə ətirli çeynənən tabletlər və böyüklər üçün praktik içki qarışıqları kimi vitamin əlavələri bu günlərdə vitamin bantları şəklində satışa çıxarılır. B12 və C vitamini kimi bir çox vitamin çatışmazlığını aradan qaldırdığı iddia edilən bu məhsulun oxşar formaları daha əvvəl də müxtəlif adlarla satışa çıxarılıb. Bununla belə, bu məhsulların tərkibində lazımi vitaminlərin olub-olmaması və onların faydası və ya zərərləri ilə bağlı hələ də qeyri-müəyyənliklər mövcuddur. Bu məhsul iddia edildiyi kimi təsirli və faydalıdırmı və ya sağlamlıq üçün narahatedici risklər daşıyırmı?
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu gün istifadə edilən vitamin yamaqlarının tarixi 1970-ci illərə gedib çıxır. 1970-ci illərdə dərmanların dəri vasitəsilə orqanizmə daxil olmasını təmin edən transdermal sistemlər üzərində ilk tədqiqatlar aparılmağa başlanıb. Bu texnologiya 1979-cu ildə Alejandro Zaffaroninin nikotin bantları ilə xüsusilə məşhurlaşıb. Bu texnologiya 2000-ci illərdə sosial medianın təsiri ilə həkimlər tərəfindən zəruri hesab edilən xəstələrə tövsiyə edilsə də, həkim icazəsi olmayan və sağlamlıq üçün təhlükə yarada biləcək bir çox məhsul sürətlə bazarda öz yerini tutub. Ümumiyyətlə, bu məhsullar marketinqdə böyük rol oynayırlar. Daxili xəstəliklər və nefrologiya mütəxəssisi professor Şehmus Özmən vitamin bantları barədə faydalı məsləhətlər verib. Həkim qeyd edib ki, sağlamlıq üçün risk yarada biləcək məhsullar arasında yer alan və gündən-günə populyarlığı artan vitamin bantlarından istifadə edilməzdən əvvəl orqanizmin buna nə dərəcədə ehtiyacı olduğu öyrənilməlidir. Dəri və ya ağız yoluyla istifadəyə üstünlük verilməsindən asılı olmayaraq, ilk sual insanın həqiqətən bu vitaminə ehtiyacı olub-olmaması və vacib elementləri baxımından əskik olub-olmaması, ikinci sual "bu çatışmazlıq sağlamlıq probleminə səbəb ola bilərmi”, üçüncü sual isə bu əskikliyi hansı üsulla ən doğru, uyğun, zərərsiz, rahat və aradan qaldırmaq olar”dır. Bant tipli məhsulların mədədə həzm problemi yaratmadığı üçün üstün göründüyünü söyləyən professor Şehmus Özmən, “dəriyə yapışaraq istifadə edilən transdermal bantlarda müxtəlif vitaminlər və digər qida maddələri ehtiva edən xüsusi formulalardan istifadə olunur. Bu komponentlər bantın səthinə inteqrasiya olunub və dərinin yuxarı təbəqələrindən keçmək üçün nəzərdə tutulub. Bunların dəri vasitəsilə udulması təsdiqlənir və farmakologiyada bəzi dərmanlar üçün istifadə olunur. Lent dəriyə yapışdırıldıqda onun tərkibindəki vitaminlər dərinin yuxarı təbəqələrindən keçərək qana daxil olur. “Bantın üstün cəhətlərindən biri də odur ki, dəri ilə təmas zamanı yavaş-yavaş sərbəst buraxılır və daimi vitamin tədarükünü təmin edir.
Alış-veriş saytlarında satılan vitamin bantları ilə bağlı ən vacib suallardan biri vitaminin dəri səthindən sorulmasıdır. Bantların vitamin çatışmazlığını aradan qaldırdığını göstərən bir araşdırma isə hələ də yoxdur. Vitaminlərin dəri vasitəsilə sorulması nəzəri olaraq mümkündür. Ancaq təəssüf ki, bu bantların əksəriyyətinin kifayət qədər vitamin təmin etdiyini göstərən heç bir elmi araşdırma aparılmayıb. Deməli, bu, sadəcə nəzəri bir fərziyyədir. Xəstələrimiz fərziyyələrə arxalanaraq sağlamlıqlarını təhlükəyə atmamalıdırlar. Bu məhsullar mövcud problemi həll etməyə bilər. Uyğunsuzluq problemləri və bantlarda istifadə edilən kimyəvi maddələrin dəri ilə qarşılıqlı təsiri səbəbindən zədələnmələr baş verə bilər. Həkim “yanlış müalicələr üçün pul ödəmək həm sağlamlığa zərər vurur, həm də maliyyə itkisinə səbəb olur”, xəbərdarlığı edib.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya