Dondurma alarkən nələrə diqqət yetirməliyik?
Yusif Nəzərli
13:49 06.06.2022
Sağlamlıq
527
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurmalarla bağlı vətəndaşlara müraciət edib.
Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:
“Bütün qida məhsulları kimi dondurmalar da risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Əgər vətəndaşların dondurmalar ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.
Agentlik insanları dondurma alarkən diqqətli olmağa çağırır:
“Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.
Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır. Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil
Sabah 34 dərəcə isti olacaq
13:05 13.06.2026
Ekologiya
Zaxarovanın şeirinə yazılan mahnı Rusiyada duyğusal anlar yaşatdı
12:57 13.06.2026
Dünya
Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
12:45 13.06.2026
Dünya
Bu gün Azərbaycanda "Son zəng" tədbiri keçirilir
12:30 13.06.2026
Elm və Təhsil
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
12:23 13.06.2026
Gündəm